Fotoları yayılan uşaqlar sığınacağa yerləşdirildi

Fotoları yayılan uşaqlar sığınacağa yerləşdirildi
Xırdalanda acınacaqlı vəziyyətdə yaşayan 4 uşaq artıq Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib. 

Bu barədə Abşeron rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Hafiz Mikayılov məlumat verib. 

Onun sözlərinə görə, artıq Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə, İcra Hakimiyyətinin nümayəndələri və polislərlə birgə həmin əraziyə baxış keçirilib və uşaqlar ərazidən təcrid olunub: "Onların antisanitariya şəraitində qalmasını məsləhət bilmədik. Doğrudur, onlar Abşeron sakinləri deyillər, dediklərinə görə, əslən Neftçala rayonundandırlar, Bakının Nəsimi rayonunda qeydiyyatdadırlar. Xırdalanda isə kirayədə qalırlar. Biz onların şəxsiyyətini araşdıracağıq. Ananın narkotik istifadəçisi olub-olmadığı yoxlanandan, müəyyən problemləri aradan qalxandan sonra ona şərait yaradılacaq. Sonra istəyərsə, uşaqlar geri qaytarıla bilər, istəməsə, uşaq evlərindən birinə yerləşdiriləcəklər”. 

H. Mikayılov həmçinin bildirib ki, qadının narkotik aludəçisi olduğu təsdiqlənsə, yəqin ki, uşaqlar ona verilməyəcək.

"Uşaqların anası normal adama bənzəyir. Sadəcə, bir qədər çətinlikləri olub. Biz onları aradan qaldırmağa çalışacağıq ki, ana uşaqlarını saxlamağa qadir olsun. Uşaqların anası ilə qeyri-rəsmi nikaha girmiş atası var. Onunla bağlı da araşdırma aparılacaq və yəqin ki, hüquqi sənədlər toplanacaq və məhkəmə qarşısında aliment məsələsi qaldırılacaq”, - İcra Hakimiyyətinin rəsmisi əlavə edib.

Qeyd edək ki, Xırdalanın "Bombey” adlandırılan məhəlləsində 4 uşağın acınacaqlı vəziyyətdə qalması ilə bağlı məlumat vermişdik. Uşaqların küçədə paltarsız gəzdikləri və təkbaşına yaşadıqları bildirilirdi. // "Qafqazinfo”

OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...