Mayın 28-də Şuşada hərbi parad keçirilə bilər? – Rəylər

Mayın 28-də Şuşada hərbi parad keçirilə bilər? – Rəylər
"Bu, cəmiyyətimiz tərəfindən müsbət qarşılanacaq”.

Sfera.az-a açıqlamasında bu sözləri 28 May Respublika Günü münasibətilə Şuşa şəhərində Azərbaycan Ordusunun tək, və yaxud Türkiyə ilə birgə möhtəşəm hərbi paradın keçirilməsi təklifini dəyərləndirərkən Milli Məclisin deputatı Aydın Mirzəzadədeyib:

"Ötən il əldə edilən böyük zəfərdən sonra parad keçirildi. Bu fonda Şuşa şəhərində, habelə işğaldan azad olunan digər mərkəzlərdə də hərbçilərimizin yürüşü ola bilər. Bu artıq rəhbərliyin qəbul edəcəyi qərardan asılıdır. Şuşa bu gün hər birimizi fəxr edəcəyi yerdir. İstənilən hərbi paradın bu şəhərdə keçirilməsi hər zaman cəmiyyətimiz tərəfindən müsbət qarşılanacaq”.

Politoloq Cümşüd Nuriyev isə belə bir addıma gərək olmadığını düşünür: "Bu, Ali Baş Komandanın verəcəyi qərardır. Azərbaycan öz gücünü döyüş meydanında göstərib və Bakıda Qələbə paradı keçirilib. Ona görə də yenidən 28 May bayramında Şuşada hərbi parad keçirilməsinə ehtiyac görmürəm. Güc göstərməyə ehtiyacımız yoxdur. İkincisi, hazırda Şuşada bərpa işləri gedir. Belə şəraitdə, həmin tədbiri keçirməyə hansı lüzum var? Amma dövlət belə qərar qəbul etsə, onu dəstəkləyəcəyik”.

Ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli isə təklifə müsbət yanaşır:  "Bu istiqamətdə addım atmaq Azərbaycan dövlətinin müstəsna hüququdur. Şuşada 28 mayda belə bir tədbirin keçirilməsi əslində heç kimdə qıcıq doğurmamalıdır. Ona görə də həmin gün Azərbaycan və Türkiyə ordularının Şuşada birgə parad keçirmələrinə müsbət baxıram. Hətta bu paradda digər dost ölkələr də iştirak edə bilər. Belə bir tədbir keçirilərsə, buna sevinərəm”.

Rüfət SULTAN
 
 

OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...