Bakı-Qəbələ qatarı sənişinlərin istifadəsinə verilməyəcək - SƏBƏB

Bakı-Qəbələ qatarı sənişinlərin istifadəsinə verilməyəcək - SƏBƏB
Bakı-Qəbələ qatarı pandemiya ilə əlaqədar hələlik sərnişinlərin istifadəsinə verilməyib.
 
Sfera.az xəbər verir ki, bunu "Azərbaycanda Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nətavan Bayramova deyib.
 
N. Bayramova qeyd edib ki, qatar istifadəyə tam hazırdır.

"Pandemiya ilə əlaqədar regionlararası və beynəlxalq sərnişin daşıma dayandırılıb. Buna görə Bakı-Qəbələ qatarı hələ sərnişinlərin istifadəsinə verilməyib".
 
Qurum rəsmiainin sözlərinə gör, Bakı-Qəbələ qatarlarında sərnişin biletlərinin qiymətləri barədə yaxın vaxtlarda məlumat veriləcək:

"Biletlərin qiymətləri hələ dəqiqləşdirilməyib. Pandemiya bitəndən sonra bu barədə həm Azərbaycan Dəmir Yollarının rəsmi saytında, həm də sosial şəbəkələrdə ictimaiyyətə məlumat verəcəyik".
 

OXŞAR XƏBƏRLƏR