Mədəniyyət naziri 36 il sonra yenidən "İsa bulağı"nda - FOTO

11:14 / 18.05.2021
1756
Mədəniyyət naziri Anar Kərimov rəsmi Tvitter hesabında Şuşa şəhərində, "İsa bulağı"nda çəkilən iki fotosunu paylaşıb.
Sfera.az xəbər verir ki, şəkillərdən biri 1985-ci ildə, digəri isə 36 il sonra - 2021-ci ildə çəkilib.
"İlk dəfə Şuşanı gəzəndə uşaq idim və gözəlliyi məni sonsuz heyrətləndirmişdi. Yenidən burada olmaq və 36 illik ayrılıqdan sonra müqəddəs İsa bulağından su içmək necə də xoşdur!
Şuşa həmişə kimliyimizin və mədəniyyətimizin nişanəsi olaraq qəlbimizdə qaldı”.
Aysel
Sfera.az