Azərbaycan Ordusu Naxçıvanda təlimlərə başladı - VİDEO

Cəmiyyət
16:51 / 17.05.2021
1639
2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edildiyi komanda-qərargah təlimi başlayıb.
Sfera.az xəbər verir ki, komanda-qərargah təlimində praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr təlim-döyüş tapşırıqlarına uyğun "həyəcan” siqnalı ilə qaldırılaraq təyinat rayonlarına çıxarılıb.