Unibank yeni inkişaf mərhələsinə qədəm qoyur

İqtisadiyyat
15:44 / 17.05.2021
2139
Bank
sektorunda davamlı inkişafı, yeniliklərə açıq olması ilə fərqlənən Unibank, 2021-2023-cü
il strategiyasına uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyur. Yeni mərhələnin
əsas məqsədi, bankın bütün fəaliyyətini müştərinin ehtiyac və istəklərinə
uyğunlaşdırmaqdır. Qarşıdakı illərdə bankın prioriteti müştərilərin istək və
ehtiyaclarına fokuslanaraq, rəqəmsal və texnoloji transformasiyanı həyata
keçirmək olacaq.
Unibank
yeni bazar mövqeləndirməsi çərçivəsində logo və sloqanını dəyişib. Bankın
logosu yeni hədəflərinə daha uyğunlaşdırılıb. Bankın yeni sloqanı isə "Unibank- Sənin Bankın” seçilib. Bankın yeni
sloqanı da müştəriyə daha yaxın olmağı hədəfləyib.
Yeni inkişaf mərhələsi "Unibank”ın fəaliyyətində nəyi
dəyişəcək?
"Unibank”ın
yeni bazar mövqeləndirməsi, yeni inkişaf mərhələsi müştəri məmnunluğunu əsas
prioritet olaraq götürür:
–Sənin
vaxtın dəyərlidir
-Sənin istəklərin
əhəmiyyətlidir
-Sənin
ehtiyacların vacibdir
-Sənin
rahatlığın əsasdır
Hər şey
müştərilərin rahatlığına uyğun dəyişir. "Hər kəsin bankı”ndan "Sənin bankın”a
keçid müştəriyə doğru atılmış daha bir addımdır ( //youtu.be/OhNyqv6mrCo).
Müştərinin
məmnunluğu, müştərinin ehtiyacları və istəkləri istiqamətində yenilənən Unibank,
məhsul və xidmətlərini də müştərinin rahatlığına və tələbatına uyğunlaşdırmağa
başlayır. Bankın filialları və digər xidmət məntəqələrinin də yeni konseptə
uyğunlaşdırılmasına artıq başlanılıb.
Unibank-Sənin
Bankın!