“Zəngəzurda razılaşma var, türklər istədiyinə nail oldu” – Ermənistan mətbuatı

“Zəngəzurda razılaşma var, türklər istədiyinə nail oldu” – Ermənistan mətbuatı

"Ortaq postların yaradılması ilə bağlı razılıq əldə edildiyi barədə məlumat var. Başqa sözlə, türklər istədiklərinə nail oldu”.

 

Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan özünün Facebook səhifəsində yazıb.


"Mediaya Sünikdəki problemin guya həll edildiyi barədə məlumat verilib. Bizdə isə ortaq post (postlar) yaratmaqla bağlı razılıq əldə edildiyinə dair məlumat var. Başqa sözlə, türklər istəklərinə nail oldular. Onların bizim ərazilərimizdə postları olacaq, üstəlik demarkasiya aparılana qədər 3.2.3.2 yaksəklikləri də onların nəzarətində olacaq. Hətta toyuq beyinli insanlar da yaxın illərdə Ermənistanla Azərbaycan arasındakı sərhədin delimitasiyası və demarkasiyası olmayacağını başa düşürlər. Bu proseslər yalnız onlar Süniki tamamilə "özəlləşdirəndən” sonra başlayacaq. Hazırda onlar biz tərəfdən qanuniləşdirilmiş razılaşmaya əsasən ərazilərimizdədirlər. Torpaqlarımızı təslim edən məğlub növbəti əraziləri də təslim etdi”,- deyə Baqratyan vurğulayıb.

 

Prezidenti sərt şəkildə tənqid edən Baqratyan, onu birbaşa vəzifələri ilə deyil, ailə biznesi ilə məşğul olmaqda suçlayıb. O, həmçinin Sünikdəki problemin həll edildiyini elan etməyə tələsən bəzi müxalifətçiləri də qınayıb. "Hoppanmamış "hop” demə”,- deyə keçmiş baş nazir onlara məsləhət verib.

 

 

 

Selcan

Sfera.az

Mənbə News.am


OXŞAR XƏBƏRLƏR

Azərbaycan XİN İranın Ermənistandakı səfirinin əsassız iddialarına cavab verib

İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin guya Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi, yəni İsrail dronların...

Premyer Liqada yeniliklərolacaq

İngiltərə çempionatında əvəz edilən futbolçulardan oyun zamanı müsahibə almağa icazə veriləcək.   Sfera.az xəbər verir ki, yeni mövsümdə "S...

İsrail Ordusu Qəzzada 1 km-lik tuneli belə məhv etdi – ANBAAN VİDEO

  İsrail ordusu Qəzzanın şimalında 1 km-lik tuneli dağıdıb.   Sfera.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb....

Kişilər arasında işsizlər qadınlardan ÇOXDUR? – STATİSTİK MÜƏMMA

2025-ci il iyun ayının 1-i vəziyyətinə görə, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 229,9 min nəfər olub. Dövl...

Ermənistan İstintaq Komitəsinin binası ətrafında saxlanılanlar var

Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında saxlanılanlar var.   Sfera.az xəbər verir ki, bu haqda “News.am” məlumat yayıb. &n...

Tramp Yaxın Şərqdə yeni sistem formalaşdırır - Kosaçev

ABŞ Prezidenti Donald Trampın İrana qarşı addımında məqsədi təkcə İsrailə deyil, həm də nüfuzlu monarxiyalar arasından əsas oyunçulara arxalanaraq Yaxın Şərqdə ...