Bu marşrut xəttində gediş haqqı azaldıldı

Bu marşrut xəttində gediş haqqı azaldıldı
Bakıda M8 ekspress xətti üzrə hərəkət edən marşrut avtobuslarında gediş haqqı ucuzlaşıb.
 
Sfera.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli tvitter hesabında yazıb.
 
V.Kərimli bildirib ki, vətəndaşların rahatlığı nəzərə alınaraq M8 ekspress xətti (Maştağa qəs-"Gənclik” m/st) adi rejimə keçirilib:"Daimi sərnişinlərimizə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib".
 
Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR