Brent nefti bahalaşmaqda davam edir
09:21 / 08.06.2016
1898
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,16 dollar artaraq 50,52 dollar təşkil edib.
Sfera.az APA-ya istinadən bildirir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,08 dollar artaraq 51,52 dollar olub.
Nigeriyada neft infrastrukturuna ziyan dəyməsi, ABŞ-da neft ehtiyatlarının azalacağı ilə bağlı gözləntilər nefti bahalaşdırıb.