\"Metsamor\"un fəaliyyəti dayandırıldı

16:35 / 15.05.2021
2798
Ermənistanda "Metsamor” AES-in fəaliyyəti 141 gün müddətinə dayandırılıb.
Sfera.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu barədə AES-in səlahiyyətli şəxsi Artur Qriqoryan məlumat verib.
O, bildirib ki, buna səbəb AES-in enerji blokunun modernləşdirilməsi istiqamətində görülən işlərdir.
Qeyd edilib ki, təmir işlərini Dövlət Atom Enerji Korporasiyasının "Rosatom” bölməsi həyata keçirəcək.