Zəngəzurda azərbaycanlılara qarşı döyüşmək istəyən ermənilər tutuldu - Aralarında “Monax” da var

Zəngəzurda azərbaycanlılara qarşı döyüşmək istəyən ermənilər tutuldu - Aralarında “Monax” da var
Ermənistanda Zəngəzur vilayətindən Qarabağa gedən yolları bağlayraq aksiya keçiriən qrupun bəzi üzvləri saxlanılıb.

Sfera.az xəbər verir ki, saxlanılanlar arasında "Monax” ləqəbi ilə tanınan Artur Ayvazyan da var. Onun aksiyanın təşkilatçısı qismində saxlanıldığına dair məlumat yayılıb.

Polis saxlanılanların Gorusa aparıldığını təsdiqləyib.

Ermənistan polisinin mətbuat katibi Zarzand Qabrielyan bildirib ki, dünən aksiyadan sonra Görus polis idarəsinə 9 nəfər aparılıb. Onlara qaşrı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə iş açılıb.

Bildirilib ki, aksiyaçılar dünən Zəngəzurdan Qarabağa gedən yolun keçdiyi kənddə aksiya keçirərək yolu bağlayıblar. Onlar Zəngəzurun müdafiəsi üçün könüllü birləşməyə silah verilməsini tələb ediblər.

Bəzi məlumatlara görə, aksiyaçılarda silah olub. Ancaq Artur Ayvazyanın qohumu müxbirlərə bildirib ki, onlarda silah olması barədə xəbər həqiqət deyil: "Onlar Zəngəzuru qorumaq üçün silah istəyiblər. Vəkili Monaxla görüşmək istəyib, ancaq buna icazə verilməyib.

Xatırladaq ki, son bir neçə gündə Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib.
 
(konkret)

OXŞAR XƏBƏRLƏR

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Paytaxtın bu ərazisində işıq olmayacaq

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində Azərbaycana gələcək.   Sfera.az xəbər ve...