Bakıda intihar edən sahibkar oğlu imiş

Cəmiyyət
00:27 / 15.05.2021
3820
Xəbər verdiyimiz kimi, 1995-ci il təvəllüdlü Əhədzadə Mirvəfayıl Məhərrəm oğlunun yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. Bununla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Sfera.az oxu.az-a istinadən xəbər verir ki, o, Lənkəran rayon Şağlaser kəndində torpağa tapşırılıb.
Məlumata görə, mərhumun atası Məhərrəm Əhədov Bakıda "MIR” avtosalonun sahibidir.