“Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı

23:59 / 14.05.2021
2965
"Türk Hava Yolları” aviaşirkəti Qəzza sektorunda davam edən gərginliklə əlaqədar Tel-Əvivə səfərləri müvəqqəti təxirə salıb.
Bu barədə şirkətin rəsmi internet səhifəsində məlumat yer alıb. Bildirilib ki, İstanbulun yeni hava limanından bu gün Tel-Əvivə nəzərdə tutulan bütün reyslər təhlükəsizlik tədbirləri məqsədilə təxirə salınıb. Mayın 15 və 16-na olan reyslərə bilet satışları isə dayandırılıb.