Günəşdə güclü maqnit qasırğası baş verdi

23:01 / 14.05.2021
2806
Rusiya Elmlər Akademiyası Fizika İnstitutunun Günəş Rentgen Astronomiyası Laboratoriyasının alimləri 2019-cu ildən bəri planet miqyasında ən böyük maqnit qasırğasını qeydə alıblar.
Bu barədə "RİA Novosti” xəbər yayıb. Bildirilir ki, maqnit qasırğası mayın 12-də axşam saatlarında baş verib. Məlumata görə, geomaqnit narahatlıq səviyyəsi doqquz ballıq miqyasda yeddinci səviyyəyə qədər yüksəlib.
"Əslində, Yer kürəsi çox qısa və güclü kosmik zərbə alıb. Gün yarım keçdikdən sonra hadisənin mahiyyəti hələ kifayət qədər aydın deyil. Günəşdə gözə çarpan hadisələr olmayıb”.