Kabildə məscid partladılıb, ölənlər var

14:31 / 14.05.2021
3212
Kabilin Şəkər Dərə dairəsindəki məsciddə cümə namazı zamanı baş verən partlayış nəticəsində azı 4 nəfər dindar ölüb, 20-dən artıq da yaralı var.
"Report” "Tolo”-ya istinadən xəbər verir ki, polisdən verilən məlumata görə Hacı Bəxşi Məscidinin içərisində gizlədilən bombanın partlaması nəticəsində xəsarət alanlar arasında məscidin imamı da var. Yerli mənbələr isə hadisə nəticəsində azı 10 nəfərin öldüyünü bildirir.
Bu hücumun məsuiliyyətini hələlik heç bir qrup üzərinə götürməyib.