Çin və digər ölkələr Zəngəzur dəhlizinin inşasında niyə maraqlıdır?

Çin və digər ölkələr Zəngəzur dəhlizinin inşasında niyə maraqlıdır?

Artıq bir müddətdir ki, Zəngəzur dəhlizinin inşasıbeynəlxalq aləmdə sözün əsl mənasında səs-səda yaradıb. Bir çox ölkələr dəhlizin inşasında maraqlıolduqlarınıbildirərək, müxtəlif fikirlər irəli sürüblər.

 

Elə bu yaxınlarda Çin tərəfdən verilən açıqlamada da Zəngəzur dəhlizinin önəmindən söz açılırdı.

 

Maraqlıdır, Çin və digər ölkələr Zəngəzur dəhlizinin inşasında niyə maraqlıdır?


 

Məsələ ətrafında Sfera.az-a danışan politoloq Zaur Məmmədov Zəngəzur dəhlizinin Çin üçün iqtisadi baxımdan xeyirli olduğunu bildirib:


"Zəngəzur Çin üçün ona görə əhəmiyyətlidir ki, böyük İpək Yolunun orta xətt dəhlizi məhz Azərbaycan ərazisindən keçir. Bu marşrut isə digərlərindən vaxt baxımından daha tez başa gəlir. Bu da ticarətlə məşğul olanlar üçün əlavə olaraq stimul kimi qəbul oluna bilər. İkinci məsələ odur ki, sözügedən dəhliz iqlimə daha uyğundur vəşimaldakısoyuqlarınəzərə alsaq, bu dəhliz daha əlverişlidir".

 

Ekspert dəhlizin Azərbaycan üçün diligentlər qazandıracağınıqeyd edib:


"Bundan əlavəABŞ və Rusiya arasında konfransların təşkil olunduğu vaxtda alternativ nəqliyyat yollarıdüşünülən məsələlərdəndir. Aralıq, Qara dəniz və Xəzər dənizindən keçirilən Yaxın Şərqə, Avropaya həm də Skandinaviya istiqamətlərinə olan orta xətt layihəsi bütün yolların yol ayrıcında və ortasında yerləşir. Digər tərəfdən dəhliz Azərbaycanın da nəqliyyat potensialınıartırır. Dəhliz bugünküdünyanın yeni düzənində coğrafi cəhətdən kiçik ölkə olan Azərbaycana əlavə siyasi və iqtisadi diligentlər qazandıracaq".

 

 

Əzizə Zeynal

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...

Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyasına dair - AÇIQLAMA

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair açıqlama yayıb.   ...