Prezident İlham Əliyev: "Kimin təcavüzkar, kimin təcavüz qurbanı olduğunu görmək üçün regionun xəritəsinə baxmaq kifayətdir"

Prezident İlham Əliyev:
Ermənistan Azərbaycan ərazilərini güc yolu ilə işğal edib.
 

Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Berlində Almaniya Kansleri Angela Merkel ilə görüşdən sonra birgə mətbuat konfransında deyib.

İlham Əliyev bildirib: "Kimin təcavüzkar, kimin təcavüz qurbanı olduğunu görmək üçün regionun xəritəsinə baxmaq kifayətdir".

Prezident İlham Əliyev əlavə edib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir.

Dövlət başçısı qeyd edib ki, Ermənistan Xocalıda hərbi cinayət, soyqırım törədib və hazırda Xocalı faciəsi 10 ölkə tərəfindən soyqırım kimi tanınıb. Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, Xocalı soyqırımı zamanı 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 nəfər öldürülüb və bütün bunlar beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verib.

Prezident İlham Əliyev bildirib ki, Ermənistan təkcə Dağlıq Qarabağı deyil, həm də Azərbaycanın digər yeddi rayonunu işğal edib, Azərbaycanın tarixi abidələrini, məscidlərini dağıdıb. İşğalçı beynəlxalq vasitəçilərin münaqişəni sülh yolu ilə nizamlanması çağırışlarına məhəl qoymur.

Dövlət başçısının sözlərinə görə, sonsuz danışıqları uzatmaq üçün Ermənistan tərəfi, məsələn, aprelin əvvəlində olduğu kimi danışıqlar prosesini pozmaq məqsədilə bəzən təxribatlar törədir. Lakin bu dəfə Ermənistan tərəfi nəticələrlə bağlı yanıldı, Azərbaycan Ordusunun əks-hücumü nəticəsində Azərbaycan öz torpaqlarının bir hissəsini geri qaytara bildi.

Azərbaycan Prezidenti bildirib ki, Ermənistan hökuməti beynəlxalq hüquq normalarına riayət etməlidir, digər ölkələrin qanunsuz işğalı tamamilə qəbuledilməzdir. Dövlət başçısı, həmçinin qeyd edib ki, Ermənistan işğalı dayandırmağa başlamalıdır, bundan sonra bütün əlaqələr açılacaq, nəqliyyat əlaqəsi bərpa ediləcək, həmçinin istənilən hərbi ssenari ehtimalı aradan qalxacaq.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir: "Biz hərbi əməliyyatları dayandırdıq, çünki müharibə istəmirik, bizə sülh lazımdır. Azərbaycan ərazilərini geri qaytarmaq istəyir".


OXŞAR XƏBƏRLƏR

Aeroport yolunda maşın aşdı- Ölən və yaralananlar var - VİDEO

Ötən gecə Bakıda ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində 77 YF ...

Füzulidə həkimin məktəbli oğlu kanalda batdı - FOTO

Füzuli rayonunda məktəbli kanalda batıb.   Sfera.az xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisindən keçən beton kanalda baş verib. &nb...

İran ABŞ-ni BMT-yə şikayət edəcək

Rəsmi Tehran İranın obyektlərinə ziyan vurduğuna görə Birləşmiş Ştatlara qarşı BMT-yə şikayət verməyə hazırlaşır. Sfera.az "Mehr"ə istinadən xə...

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başladı

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur.   Sfera.az xəbər verir ki, bu münasibətlə Bakının müxtəlif mərkəzi küçə və pr...

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...