Uşaqlar üçün YENİ TƏHLÜKƏ - Mütəxəssislərdən mühüm XƏBƏRDARLIQ

Uşaqlar üçün YENİ TƏHLÜKƏ - Mütəxəssislərdən mühüm XƏBƏRDARLIQ
Pandemiya səbəbilə uşaqların rəqəmsal ekranlar qarşısında keçirdiyi orta vaxt artıb. Mütəxəssislər bunun göz quruluğu, rəqəmsal göz yorğunluğu, baş ağrısı və bulanıq görmə kimi şikayətlərə səbəb olduğunu xəbərdar edirlər.

Sfera.az xəbər verir ki, Türkiyə Sağlamlıq Elmləri Universitetinin göz sağlamlığı və xəstəlikləri mütəxəssisi professor Yelda Özkurt COVID-19-un tənəffüs sisteminə olduğu kimi, gözlərə də ciddi təsir edə biləcəyini, hətta ilk tapıntıların belə gözdə görülə biləcəyini bildirib.

Y.Özkurt uşaqlarda göz qapaqlarının iç hissəsini və göz bəbəyini əhatə edən kəskin iltihab, sulanma, qızartı, şişlik kimi halların müşahidə edildiyini deyib.
Professorun sözlərinə görə, xarici mühitlə davamlı təmasda olan əllərin gözlərə sürtündüyü zaman, göz vasitəsilə COVID-19-a yoluxma üçün zəmin hazırlanır:
"Bu, araşdırmalar əsasında sübut olunub. Buna görə də infeksiyaya yoluxma riskinin qarşısını almaq üçün gözlərin qorunması ağız və burun qədər vacibdir. Bütün viral xəstəliklərdə olduğu kimi, gözlə təmasda olan və daha sonra digər insanlara və səthlərə toxunan əllər tərəfindən də yoluxma ehtimalı olduğunu unutmamalıyıq”.

Y.Özkurt vurğulayıb ki, pandemiya səbəbiylə əksər yerlərdə məktəblərin bağlı olması uşaqların planşet, kompüter və telefon kimi rəqəmsal ekranlar qarşısında keçirdikləri müddəti artırıb ki, bu da onların səhhətinə mənfi təsir edir. Professor tövsiyə edir ki, göz yorğunluğunun olmaması və göz xəstəliklərinin artmaması üçün uşaqları mümkün qədər ekran qarşısından çəkindirmək lazımdır.

O deyib ki, son 5 ildə Çində 6-8 yaş qrupundakı təxminən 125 min uşağın göz qüsuru hesablamalarına əsaslanan araşdırmada, zəif görmə 6 yaşındakı uşaqlarda 3 dəfə, 7 yaşındakılarda 2, 8 yaşındakılarda isə 1,4 dəfə artdığı müəyyən edilib. Bu səbəbdən də Y.Özkurt son zamanlarda göz müayinəsindən keçməmiş bütün uşaqların müayinə olunmalı və mövcud nöqsanların müəyyən edilərək müalicə olunmasının vacibliyini ifadə edib və bildirib ki, xüsusilə əl ilə göz təması azaldılmalı və ümumi gigiyena qaydalarına ciddi riayət edilməlidir. // Publika.az 

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...