Heydər Əliyevin doğum günü Rusiyanın Həştərxan vilayətində qeyd edildi - FOTOLAR

Heydər Əliyevin doğum günü Rusiyanın Həştərxan vilayətində qeyd edildi - FOTOLAR
10 may 2021-ci il tarixdə Rusiya Federasiyasının Həştərxan şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərkeçirilmişdir.

Səhər saatlarında Həştərxan şəhərinin mərkəzində Ulu Öndər Heydər Əliyevin Azərbaycan höküməti tərəfindən ucaldılmış abidəsi Həştərxan vilayətinin vitse-quberrnatoru vəzifəsinin icra edən Mixail Boqomolov, şəhər və Vilayət Dumasının deputatları, digər dövlət və ictimaiyyət nümayəndələri, şəhər rəhbərliyi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Azərbaycan diasporasının təmsilçiləri, iş adamları,  bu şəhərdə yaşayan həmvətənlərimiz tərəfindən ziyarət edilmiş,  Ümummilli Liderin əziz və parlaq xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dahi şəxsiyyətin abidəsi önünə əklillər, gül çələngləri və tər çiçəklər qoyulmuşdur.

Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin əziz və dahi şəxsiyyəti olduğunu vurğulamış, onun təməlini qoyduğu və həyata keçirdiyi nəhəng layihələrinin əhəmiyyətindən danışmışlar.Natiqlər iqtisadiyyatımızın, elm, təhsil və mədəniyyətimizin inkişafında, ölkəmizin dünya birliyinə inteqrasiyasında Heydər Əliyevin tükənməz xidmətləri sadalamış, respublikamızın bu günü və gələcəyi üçün müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətini vurğulamışlar. Qeyd olunmuşdur ki, Heydər Əliyev sözün əsl mənasında Vətənin böyük oğlu,  əvəzsiz lideri və bənzərsiz dövlət xadimi idi. Sağlığında millət atası olmağı bacardı, xalqın sevgisini qazandı və müasir Azərbaycanın yaradıcısı, qurucusu oldu.

Çıxışlarda  həmçinin qeyd olunmuşdur ki, Heydər Əliyev hələ SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini işləyərkən Həştərxan vilayətinə xüsusi diqqət və qayğı göstərmişdir. Bu gün Ulu Öndərin siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Rusiya Federasiyası ilə, o cümlədən  Həştərxan vilayəti ilə hərtərəfli əməkdaşlığa böyük önəm verir. Belə ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan hökuməti tərəfindən Həştərxan vilayətində həyata keçirilən irimiqyaslı layihələr, həmçinin Bakı şəhərinin və Həştərxan vilayətinin Nərimanov rayonları arasındakı sıx dostluq və qardaşlıq əlaqələri məhz bu diqqət və qayğının məntiqi nəticəsidir.

Həmin gün Rusiya Federsiyasının Azərbaycan diasporası tərəfindən Həştərxan şəhərində fəaliyyət göstərən "Yunost” valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım Mərkəzində tədbir təşkil olunmuş, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi adından burada yaşayan və tərbiyə olunan 56 uşağa sovqatlar paylanılmışdır. Tədbirdə çıxış edən Mərkəzin rəhbərliyi humanizmin və şəfqətin təşviq edilməsi mövqeyindən çıxış edən, habelə həyata keçirilən bir sıra humanitar və sosial yönümlü tədbir və layihələrin təşəbbüskarı, eləcə də  təşkilatçısı olan Heydər Əliyev Fondunun dəstəyi və himayəsi ilə Rusiya Federasiyasının Həştərxan vilayətində də bir sıra iri layihələrin həyata keçirildiyini vurğulayaraq, təşkil olunan tədbirə və göstərilən diqqət və qayğıya görə öz adından və Mərkəzdə tərbiyə alan uşaqlar adından Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir. 

Eyni zamanda həmin gün Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi adından "Bakı” otelində iftar süfrəsi təşkil edilmişdir.

OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...