Əhalinin yaşlanmasının iqtisadiyyata TƏSİRİ

Qiymətləndirmələrə görə, əmək qabiliyyətli əhalinin qlobal artımı yaxın 20 ildə yarıbayarı azalacaq. Almaniya, Yaponiya, İtaliya, İspaniya və Koreya da daxil olmaqla Avropa əmək qabiliyyətli əhalinin azalması ilə üzləşərək ən "qoca” regiona çevriləcək.
Sfera.az iqtisadçı-ekspert Samir Əliyevə istinadən bildirir ki, Dünya Səhiyyə Təşkilatının meyarlarına görə, yaşı 65 və daha yuxarı olan insanların əhali sayında payı 7%-i ötürsə, həmin ölkənin əhalisi qoca hesab edilir. Ekspertin məlumatına görə, Rusiyada 2020-ci ilin əvvəlinə bu göstərici 15,5%, Azərbaycanda isə 7,2%-dir. S.Əliyev Azərbaycanda qoca əhalinin payı 2013-cü ildən (5,8%) artım tendensiyası nümayiş etdirdiyini də söyləyib: "Hazırki səviyyə (7,2%) açıqlanan rəsmi statistik məlumatların daxil edildiyi 1959-cu ildən bəri ən yüksək göstəricidir”.