Açıq havada maska taxmamaq məsələsi yenidən gündəmdə - Elm adamları nə deyir?

Açıq havada maska taxmamaq məsələsi yenidən gündəmdə - Elm adamları nə deyir?
Elm adamları açıq havada maskanın taxılıb-taxılmaması istiqamətində müzakirə aparıb.
 
Sfera.az bildirir ki, bu barədə Britaniya Tibb Jurnalında (BMJ) qeydlər olub.
 
Açıq havada maska taxmaq faydalıdır deyən elm adamları: Babak Javid, Dirk Bassler, Manuel B Bryant
 
Adıçəkilən şəxslər maskanın bəzi zamanlarda açıq havada taxılmasının tərəfdarıdırlar:
 
"Hər şeydən əvvəl açıq məkanlarda yoluxma riski yüksək deyil. Həmçinin açıq havada hər zaman maska istifadə etməyin tərəfdarı da deyilik. Bir insan təkdirsə və ya eyni evdə yaşadığı biri ilədirsə, o zaman açıq havada maska taxmasına ehtiyac yoxdur.  Qapalı məkanlarda yoluxma riskinin daha çox olduğunu düşünürük. Koronavirus yoluxma riski havadakı viruslu hissəciklərin miqdarından asılıdır”.
 
Açıq havada COVİD-19-un yayılma nümunələri varmı?
 
Elm adamlarının fikrincə, kənd təsərrüfatı işçiləri kimi bəzi açıq işlərdə çalışan insanların Covid-19-a yoluxmaq riski yüksəkdir. Lakin bu ehtimal açıq havada birlikdə çalışmaqdan çox, qapalı, dar məkanda qalmaqlarından daha çox qaynaqlanır. Bu baxımdan virus qapalı məkanlarda sürətlə yayılır. Bunun səbəblərindən biri də sosial məsafəyə diqqət edilməməsi və çoxluq olan yerdə maskanın taxılmamasıdır. Babak Javid, Dirk Bassler və Manuel B Bryant düşünür ki, uzun müddət sosial məsafəni qorumağın çətin olduğu yerlərdə - xüsusilə də açıq havada keçirilən idman tədbirlərində maska taxmaq mütləqdir.
 
Açıq havada maskaya ehtiyac olmadığını deyən elm adamları: Müge Çevik, Zeynep Tüfekçi, Stefan Baral
 
Adıçəkilən elm adamlarının sözlərinə görə, koronavirusun açıq havada yoluxma riski aşağıdır və COVİD-19-a insanların az hissəsi açıq məkanda yoluxub:
 
"Açıq havada təbii hava hərəkəti olduğuna görə, virus sıxlığı da azdır, ona görə yoluxma riski də aşağıdır. Maskaların açıq havada müntəzəm istifadəsi  ictimaiyyətin diqqətini riskin olduğu qapalı yerlərdə görüləcək tədbirlərdən yayındıra və nisbi risk yanaşmasını təhrif edə bilər. Buna görə də insanlara daha çox qapalı yerlərdə diqqətli olmaqları tövsiyə edilməli və çöldə uzun müddət yaxın məsafədə olmağın riskləri aşılanmalıdır”.
 
Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...