Fermerdən görünməmiş evlilik təklifi: İnəyə üzük taxdı və...

Fermerdən görünməmiş evlilik təklifi: İnəyə üzük taxdı və...
 Sosial şəbəkələrdə britaniyalı  fermerin sevdiyi qadın üçün icad etdiyi orijinal evlilik təklifi müzakirələrə səbəb olub.
 
Sfera.az xarici mətbuata istinadla xəbər verir ki,  britaniyalı fermer gələcək xanımına sürpriz etmək məqsədilə sevimli inəyindən "kömək alıb". Belə ki, fermer inəyin yelinə sevgilisi üçün üzük keçirib. İzləyicilər kişinin bu hərəkətinə tənqidi yanaşıblar, onu zövqsüzlükdə, inəyə qarşı qəddarlıqda və axmaqlıqda  suçlayıblar.
 
Çoxları kiminsə öz qəribə ideyalarını  həyata keçirmək üçün heyvanlardan istifadə etməsinin  qəbuledilməz olduğunu yazıb. Qeyzlənmiş  istifadəçilər zavallı inəyə görə məyus olduqlarını söyləyiblər. Fermerin bu hərəkətininin heyvanlara qarşı şiddət kimi qiymətləndirilməsi tələb edilib.
 
Selcan
Sfera.az


OXŞAR XƏBƏRLƏR