Altı nəfəri qətlə yetirdi, sonra intihar etdi

Kriminal
22:40 / 10.05.2021
2875
ABŞ-ın Kolorado ştatının Sprinqs şəhərində baş verən atışma nəticəsində yeddi nəfər həlak olub.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, insident gecə saatlarında səyyar ev avtomobilində baş verib.
Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, şənlik məclisinin keçirildiyi ünvana daxil olan bir nəfər silahla altı nəfəri qətlə yetirdikdən sonra özü də intihar edib.
Hadisənin təfərrüatları araşdırılır.