Türkiyədə yayılan virusla bağlı xəbərdarlıq: COVID-19-la səhv salına bilər

Türkiyədə yayılan virusla bağlı xəbərdarlıq: COVID-19-la səhv salına bilər
Türkiyədə yayılan Krım-Konqo hemorragik qızdırması COVID-19-la səhv salına bilər.

Sfera.az "Cumhuriyet”ə istinadən xəbər verir ki, bunu Ankara Universitetinin infeksionisti Güle Çınar deyib.

"Gənələr insana yapışdıqda daxilində olan maddəni insanın qanına boşaldırlar və nəticədə virus orqanizmimizə yoluxur. Gənə dişləyən insanların sağlamlığı 10 gün müddətində nəzarət altında olmalıdır”, - deyə həkim bildirib.

Onun sözlərinə görə, xəstəlik başağrısı, ürəkbulanma, qusma, ishal, əzələ ağrısı, halsızlıq kimi simptomlara səbəb olur.

"Hərarət bütün insanlarda dərhal nəzərə çarpmasa da, müddət sonra müşahidə olunaraq orqanizmdə koaqulyasiya sisteminin pozulmasına və qanaxmalara səbəb ola bilər. Əsasən xəstələr daxili qanaxma və ya qanaxmanın kəsilməməsi səbəbindən həyatlarını itirirlər”, - deyə infeksionist vurğulayıb.

Həkim bildirir ki, gənələrin ola bildiyi kənd əraziləri, meşə, gəzintiyə gedərkən mümkün qədər bağlı geyinmək, gənə yapışdıqda isə onu ya əlcək, ya da salfetlə çıxarmaq lazımdır.

Qeyd edilir ki, ötən həftə ərzində Türkiyənin Artvin vilayətinin Ardanuç rayonunda üç, Tokatda 14, Ərzincanda isə yeddi nəfərə Krım-Konqo hemorragik qızdırması diaqnozu qoyulub.

OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...