Çexiya Rusiyadan 80 milyon təzminat tələb edir

17:54 / 10.05.2021
2155
Çexiya 2014-cü ildə Vrbetitse qəsəbəsindəki hərbi sursat anbarındakı partlayışa gğrə günahlandırdığı Rusiyadan təzminat alacaq.
Sfera.az xəbər verir ki, Çexiya rəsmiləri Moskvadan təxminən 80 milyon 457 min manat tələb edəcəklərini açıqlayıb.
Rəsmi Praqa partlayış barədə təkrar açıqlama verərək Rusiya kəşfiyyatına qarşı ittihamı təkrarlayıb.
Çexiya Baş nazirinin müavini və maliyyə naziri Alena Şilerova Moskvanın beynəlxalq normalar çərçivəsində kompensasiya ödəməli olduğunu açıqlayıb.
Ülvi
Sfera.az