Boris Consonun Karib adalarına lüks səfəri araşdırılır - Böyük Britaniya tarixində İLK

Dünya
15:28 / 10.05.2021
2184
Boris Consonun Karib adalarına 15 min funt-sterlinqlik lüks səfəri qalmaqala səbəb olub.
Sfera.az xəbər verir ki, Böyük Britaniyanın baş naziri Boris Consonun 2019-cu ildə nişanlısı Keri Simonds ilə birgə getdiyi Karib adası Mustiqə səfəri standartlar üzrə parlament komissarı tərəfindən araşdırılır.
Boris Conson ümumilikdə 15 min funt sterlinqə başa gələn bu tətilin Mühafizəkarlar Partiyasının donoru olan David Ross tərəfindən qarşılandığımı desə də, qarşı tərəf bunu inkar edib.
İlk dəfədir ki, Böyük Britaniyanın hər hansı baş naziri deputatların davranışlarını və parlament qaydalarına riayət etməyi tənzimləyən məsul komissar tərəfindən araşdırılır.
Ülvi
Sfera.az