Paşinyanın türk qorxusu: "Bunun Ermənistan dövləti üçün böyük faciəyə çevriləcəyini bilir"

Paşinyanın türk qorxusu:
"Sputnik-Armeniya" Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın maraqlı bir açıqlamasını yayıb. Paşinyan deyib ki, türklərlə düşmənçilik idarəolunan olmalıdır: "Əks təqdirdə bu düşmənçilik təkcə Ermənistan üçün deyil, həm də bölgə üçün bir fəlakət olacaq".

Bununla Paşinyan nə demək istəyib? 

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Mirinin fikrincə, bu açıqlaması ilə Paşinyan institutlaşmış düşmənçilik modeli təklif edir və müəyyən mənada onun da həddini müəyyənləşdirir:  

"Paşinyanın bu açıqlamasında söhbət ondan gedir ki, türklərə münasibətdə ermənilərin düşmənçilik siyasəti mərkəzləşdirilmiş şəkildə düşünülmüş siyasətin tərkib hissəsi olmalıdır. Əks təqdirdə, xaotik və bir mərkəzdən idarə olunmayan istənilən qruplaşma və şəbəkələrin Türkiyəyə qarşı törətdikləri təxribat bütövlükdə Ermənistan dövləti üçün böyük faciəyə çevrilə bilər. Paşinyan, görünür hədsiz düşmənçiliyin bumeranq olaraq Ermənistanın özünün əleyhinə çevrilə biləcəyindən qorxur”.  

Həmsöhbətimiz qeyd etdi ki, düşmənçilik deyəndə Paşinyan tək Ermənistanın Türkiyəyə qarşı düşmənçiliyini nəzərdə tutmur,  bütövlükdə dünyada mövcud olan erməni diasporunu da ciddi mənada nəzərə alır:
 
"Yəni diasporun özü belə institutlaşmış şəkildə vahid mərkəzdən idarə olunan siyasət çərçivəsində fəaliyyət göstərməlidir. Ancaq o, Ermənistanın inkişafını istəyirsə, düşmənçiliyi birdəfəlik istisna etməli idi. Düşmənçilikdən danışırsa, deməli burada o, sistemli fəaliyyəti nəzərdə tutur”.

Rüfət SULTAN
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yol Polisindən hava şəraiti ilə bağlı MÜRACİƏT

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə d...

Bakıda yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki,...

Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi...

Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.   Sfera.az&nb...

Ötən ay 17 aptekdə yoxlama aparılıb

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik E...

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...