Ümummilli Liderin doğum günü Nərimanov rayonunda ənənəvi ağacəkmə aksiyası ilə qeyd edildi - FOTO

Ümummilli Liderin doğum günü Nərimanov rayonunda ənənəvi ağacəkmə aksiyası ilə qeyd edildi - FOTO
"Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə yaşıllaşdırmaya mühüm önəm vermiş, bu məqsədlə geniş və çoxşaxəli proqramlar qəbul olunmuş, irimiqyaslı tədbirlər həyata keçirilmişdir. Dahi rəhbərin müəyyən etdiyi ekoloji siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək öz real bəhrəsini verir. Bu istiqamətdə görülən bütün işlər paytaxtımızın daha da gözəlləşməsinə, dünyanın ən gözəl şəhərləri sırasında öz yerini möhkəmlətməsinə əməli töhfədir".

Sfera.az-a daxil olan məlumata görə, 10 may 2021-ci il tarixdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə kampaniyası keçirilib.
 
"Məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.

Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, təşkilat, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada Nərimanov rayonunda müxtəlif ünvanlarda – prospekt, küçə və məhəllələrdə 200-dən artıq iqlimə uyğun ağac əkilib. Karantin qaydalarına uyğun olaraq ümumilikdə 80 nəfərədək adamın iştirak etdiyi ağacəkmə kompaniyasında burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib, ağaclar budanıb, dibləri yumşaldılıb. Ərazidə Leylanda, kiparis və müxtəlif növ digər ağac və kollar əkilib.




OXŞAR XƏBƏRLƏR