Azad edilmiş ərazilərdə abidələrin pasportlaşdırılmasına başlanılıb - VİDEO

Azad edilmiş ərazilərdə abidələrin pasportlaşdırılmasına başlanılıb - VİDEO
Vətən müharibəsi Azərbaycanın erməni işğalçıları üzərindəki tarixi qələbəsi və işğalda olan torpaqlarımızın azad edilməsi ilə nəticələndi. İşğal altında olarkən bu ərazilərdəki tarixi abidələri ermənilər dağıntılara və mənimsəmələrə məruz qoyublar. Hətta ermənilər mənimsədikləri abidələrin bəzilərini erməni abidələri adi ilə pasportlaşdırmışdılar.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov AZXEBER.COM-un Kəlbəcərə ezam olunmuş əməkdaşına deyib ki, işğaldan azad olunan ərazilərdəki abidələrin qorunması və mühafizəsi üçün onların pasportlaşdırılmasına başlanılıb.

Qeyd edək ki, Dağlıq Qarabağ və ətraf rayonlar işğalda olan zaman ermənilər tərəfindən dağıntılara və mənimsəmələrə məruz qalıb.
Dağıntılara, vandalizm əməllərinə məruz qalan abidələrimiz İslam mədəniyyətinə aid olan abidələrdir. Bu abidələri ermənilər mənimsəyə bilmədikləri üçün kütləvi şəkildə dağıdıblar. Çünki həmin abidələr üzərində ərəb əlifbası ilə epiqrafik yazılar olub. Bunlar məscidlər, qəbirüstü məzar daşları, türbələr və ziyarətgahlardır.

Mənimsənilən abidələr isə Azərbaycanın qədim dövlətlərindən olan Qafqaz Albaniyası dövrü və Orta əsrlərə aid xristian dini təyinatlı komplekslərdir. Bu abidələrin bir çoxunun əvvəlki vəziyyəti dəyişdirilib, bərpa adı ilə erməniləşdirilməsi işləri aparılıb və ermənilər tərəfindən mənimsənilib.
 
 


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...