“Peyvəndin mutasiyalara təsiri azalır, yeni vaksinlər yaradılmalıdır”- Həkim

“Peyvəndin mutasiyalara təsiri azalır, yeni vaksinlər yaradılmalıdır”- Həkim
Türkiyənin Hacəttəpə Universiteti Xəstəxanasının Anesteziologiya və Reanimasiya şöbəsinin azərbaycanlı həkimi Turanə Rəsulova yeni növ koronavirus infeksiyasına yoluxub.

Sfera.az xəbər verir ki, Kovid 19 peyvəndi olunmasına baxmayaraq yoluxan həkim ARB 24 kanalının "İşgüzar səhər” verilişində virusa yoluxmasının səbəblərini və xəstəliyi necə keçirməsindən danışıb.


"Mən reanimasiyada çalışdığım üçün ağır xəstələrdən kovidə yoluxdum. Britaniya ştammının Türkiyədə yoluxuculuğu artıb və burda pandemik vəziyyəti dəyişib. Bu ştammın hüceyrələrin içinə daxil olma faizi yüksəkdir. Mən peyvənd olunmuşdum və antitel yaranmışdı. Amma indiki ştamm bu vaksinin sınandığı klassik Çin korona virusundan spayk proteinlərinin quruluşu ilə fərqlənir. Bu proteinlər hüceyrəni daha tez keçir. İndi yoluxma prinsipləri pozulur.

İmmun cavabın yetərsizliyi var, virusunun yoluxuculuğu daha güclüdür. Cənubi Afrika variantında daha ciddi dəyişikliklər var. Mutasiyalar artdıqca, vaksinlərimizin ona təsiri azalacaq və biz antitelimiz olsa da yeni mutasiyalara yoluxacağıq.


Burada 2 çıxış yolu var. Ya yeni vaksinlər yaradılmalıdır, ya da yeni güclü antiviral dərmanlar istifadəyə buraxılmalıdır.
Britaniya ştammı sürətlə yayılır. Məsələn, bizdə növbədə olan 4 həkimdən 3-nün testi pozitiv çıxdı”.


Həkim xəstəliyi normal keçidiyini bildirir, əzələ, bədən ağrıları, halsızlıq oldu, amma şiddətli deyil.

"Əgər vaksin olunmasaydım, çox pis olardım. Yaxşı ki, peyvənd olunmuşam, yoxsa 100 faiz daha ağır keçirəcəkdim. Nə vaksin varsa, dövlət təklif edirsə vurdurun, çünki hal-hazırda bu yeganə çıxış yoludur."

OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...