Ermənistan prezidenti Moskvaya niyə gedir? - Açıqlama

Ermənistan prezidenti Moskvaya niyə gedir? - Açıqlama
"Sarkisyanın Moskva səfərindən ciddi heç nə gözləmirəm”.

Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistan prezidenti Armen Sarkisyanın mayın 8-10-da Moskvaya baş tutacaq səfərindən danışarkən politoloq Əlimusa İbrahimov deyib.

Politoloq Armen Sarkisyanın Ermənistandakı proseslərə təsir gücünün zəif olduğunu xatırladaraq, bu səfərə ciddi önəm verməyin tərəfdarı olmağını bildirib:

"Armen Sarkisyan nə ölkə daxilində, nə də regionda ciddi siyasi füqur deyil. Prezident postunda əyləşməsinə baxmayaraq, o ciddi məsələlərin həllində o mühüm rol oynamır. Dittəq yetirmisinizsə, onun Rusiyaya səfəri barədə dəqiq, ciddi məlumatlar yoxdur. Bu da  onu göstərir ki, onun Moskvaya bu gedişi yalnız səfər xatirinə təşkil olunub”.
 
Həmsöhbətimiz iddia edir ki,, Sarkisyanın Kremldə ciddi şəxslərlə görüşü belə nəzərdə tutulmayıb: "Ola bilsin, Sarkisyan Moskvada hər hansı bir görüş keçirsin. Amma bu görüşlər dövlətlər arası, yaxud regional əhəmiyyətli görüşlər olmayacaq. Bu səfər Ermənistanın taleyinin həllində, İrəvan-Moskva münasibətlərində, yaxud da Qarabağ məsələsinin müzakirəsində heç bir əhəmiyyətli rol oynamayacaq.  Ciddi məsələlərin müzakirəsi gözlənilsəydi, həm Ermənistanda rəsmi orqanlar, həm də Rusiya rəsmiləri bu barədə daha dolğun məlumat verərdilər”. 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR