Fransa və Böyük Britaniya Türkiyə ilə bağlı qərarını açıqladı: “10 gün müddətinə...”

Dünya
11:49 / 08.05.2021
2181
Fransa Türkiyə də daxil olmaqla 7 ölkədən gələn xarici vətəndaşlar üçün 10 günlük karantin müddəti tətbiq edəcək.
Sfera.az xəbər verir ki, Fransa Baş Nazirliyindən verilən açıqlamaya görə saat 00: 00-dan etibarən Türkiyə, Banqladeş, Şri Lanka, Pakistan, Nepal, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdən gələn sərnişinlər üçün 10 günlük karantin müddəti tətbiq olunacaq. Həftəsonu bu ölkələrdən səfər edən sərnişinlərə müvəqqəti rahatlıq veriləcək.
Qərara əsasən sərnişinlər uçacaqları aviasiya şirkətinə Fransadakı karantin ünvanları barədə məlumat verməlidirlər. Karantinə alınan vətəndaşların hər gün saat 10-12 arasında çölə çıxmaq hüquqları olacaq. Digər vaxtlarda isə qadağalara əməl etmədikləri təqdirdə 1000-1500 avro arası cərimlənəcəklər.
Bundan əlavə, Böyük Britaniya Nəqliyyat naziri Grant Şapps Türkiyədən səfər edənləri hoteldə 10 günlük karantinə alınacaq şəxslər siyahısına daxil etdiklərini açıqlayıb.
Nazir verdiyi açıqlamada Türkiyə də daxil olmaqla Nepal və Maldiv adalarının mayın 12-dək "qırmızı siyahı”ya əlavə ediləcəyini bildirib. O, həmçinin qeyd edib ki, bu siyahıya daxil olan ölkələrdən gələnlər hər hansı evdə deyil, öz xərcləri hesabına hoteldə 10 gün müddətində karantində qalmalıdırlar.
Əzizə Zeynal
Sfera.az