Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələndi

Cəmiyyət
17:08 / 07.05.2021
1883
İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, keçirilən növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanaraq, onlarla maarifləndirici söhbətlər aparılıb.
"Əvvəllər də edilən xəbərdarlıqlara baxmayaraq, yenə də analoji qayda pozuntusuna yol verən bəzi sürücülər barəsində isə inzibati protokol tərtib olunub", - məlumatda bildirilib.