Xalq şairi Musa Yaqub vəfat etdi

Xalq şairi Musa Yaqub vəfat etdi
Azərbaycanın xalq şairi Musa Yaqub vəfat edib.
 
Sfera.az xəbər verir ki, o, mayın 7-də İsmayıllı rayonunda 84 yaşında dünyasını dəyişib.

M.Yaqub yaşadığı İsmayıllı rayonunun Buynuz kənd qəbirstanlığında həyat yoldaşının məzarının yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) işləmişdir. ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1967-1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olmuşdur. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini,  "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1974-1978). İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub.

Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlamışdır. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak etmişdir. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri olmuşdur (1979-?). İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir. M.F.Axundov adına mükafata layiq görülmüşdür. Musa Yaqub  Parkinson xəstəliyindən əziyyət çəkir.

Prezident İlham Əliyevin 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə görkəmli şair, Yazıçılar Birliyinin üzvü Musa Yaqub "Xalq şairi” fəxri adlarına layiq görülüb.


OXŞAR XƏBƏRLƏR

Pablo Eskobarın pilotu ilk dəfə danışdı: “Əvvəlcə təklifi rədd etmişdim”

Kolumbiyalı narkobaron Pablo Escobarın keçmiş pilotu Tirso “TJ” Dominguez, 1988-ci ildə ABŞ-də həbs olunmasından sonra ilk dəfə danışaraq Escobar üç...

Köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 2 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə...

Türkiyə və Azərbaycanla əlaqələr daha da möhkəmlənir - Kobaxidze

Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli formatda inkişaf edir və daha da güclənir. Keçən il bu sıra çox mühüm işlər görülüb, bir yüksək səviyyəli va...

Vəzifəli şəxsin kürəkəni sükan arxasında vəfat etdi

Ucarda avtomobil idarə edən şəxs qəfil ürək tutmasından ölüb.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Müs...

Cənubi Koreyanın Prezidenti Donald Trampla qolf oynayacaq

Koreya Respublikasının Prezidenti Li Çje Myon və ABŞ-dən olan həmkarı Donald Tramp telefon danışığı zamanı qolf oynamağa razılaşıblar, həmçinin hər iki siyasətç...

ADY gücləndirilmiş rejimdə fəaliyyət göstərir

Azərbaycan Dəmir Yolları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.   Bu barədə Sfera.az-a “Azərbaycan Dəmir Yol...