90 yaşlı aktyor 5-ci dəfə evlənir: Bu dəfə özündən 48 yaş kiçik sevgilisi ilə... - FOTO

90 yaşlı aktyor 5-ci dəfə evlənir: Bu dəfə özündən 48 yaş kiçik sevgilisi ilə... - FOTO
Rusiyalı aktyor İvan Krasko 5-ci dəfə ailə həyatı quracaq.
 
Sfera.az bildirir ki, 90 yaşlı aktyor özündən 48 yaş balaca, Natalya Smıkova adlı sevgilisi ilə evlilik yolunda ilk addımlarını atıb.  Krasko bu haqda danışarkən "bir-birimizi sevirik”, - deyib.

Məlumata görə, cütlük teatrda tanış olub. Natalya tez-tez Kraskonun tamaşalarını izləmək üçün teatra gedirmiş.

Qeyd edək ki, 100-dən çox film və çoxlu sayda teatr tamaşalarında baş rol oynayan İvan Krasko bundan əvvəlki evliliklərində də özündən yaşca balaca qadınlarla nikah masasına oturub. Aktyor 2015-ci ildə də özündən 60 yaş balaca tələbəsi ilə ailə həyatı qurmuşdu.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR