“Hamı dəhşətə gələcək” - Lukaşenko çevriliş hazırlığı ilə bağlı detalları açıqlayacaq

14:42 / 07.05.2021
2250
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə çevrilişə cəhdilə bağlı
yeni məlumatlar açıqlayacağını bəyan edib.
Sfera.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.
"Həyata keçirilən və ictimaiyyətə təqdim edilən əməliyyatlar
mənim açıqlayacağım yeni məlumatlarla müqayisədə heç nədir”, - deyə prezident
bildirib.
Belarus lideri söz verib ki, yeni məlumatlar hamını dəhşətə gətirəcək.
Xatırladaq ki, aprelin 24-də
Belarus lideri bildirmişdi ki, ölkədə çevriliş hazırlayanların Minsk şəhərini
mühasirəyə almağı planlaşdırıbmış. Onun sözlərinə görə, bu əməliyyatda daxili
qoşunlar, OMON qüvvələri, Daxiİi İşlər Nazirliyi və MTN iştirak etməli idi.
Selcan