Mədəniyyət Nazirliyindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi barədə AÇIQLAMA

Mədəniyyət Nazirliyindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi barədə AÇIQLAMA
"Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyası yerli və xarici ekspertlərin iştirakı ilə hazırlanıb və aidiyyəti üzrə təqdim edilib. Hazırlanmış konsepsiya layihəsi Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi ilə nəticələnmiş, tarixə qızıl hərflərlə yazılmış möhtəşəm qələbəni hərtərəfli şəkildə nümayiş etdirən müasir mərkəz kimi təşkil olunmasına imkan verəcək”.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu muzeyin Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi əzmkarlıq, rəşadət və peşəkarlığı əbədiləşdirən möhtəşəm kompleks, eyni zamanda Azərbaycan xalqının qəhrəmanlıq irsi, Qələbə və vətənpərvərlik rəmzi, qazanılmış qələbəni unikal eksponatlarının zənginliyi və müasir təqdimat metodları ilə tamaşaçıya çatdıran məkan olması nəzərdə tutulur: "Muzeyin konsepsiyasının sadalanan hissələrdən ibarət olması təklif olunur: "Tarixi həqiqətlər zalı” (burada ən qədim dövrlərdən 2020-ci ilin sentyabrınadək Qarabağın tarixinin təqdim edilməsi), "Dəmir yumruq əməliyyatı” hissəsi (27.09.2020- 10.11.2020 tarixində Azərbaycan Ordusunun əks-hücum əməliyyatının bütün gedişinin verilməsi), "Şuşanın alınması” döyüş dioraması (Vətən müharibəsinin ən parlaq döyüşü olan Şuşa əməliyyatının nümayiş etdirilməsi), "Torpaq, uğrunda ölən varsa – Vətəndir” hissəsi (Vətən müharibəsində qəhrəmanlıq göstərmiş zabit və əskərlər haqqında məlumatlar verilməsi), "Xatirə zalı” (Vətən müharibəsi dövründə dövlət terrorizmi siyasətini həyata keçirən Ermənistanın raket-artilleriya zərbələri nəticəsində həlak olmuş mülki şəxslər barədə məlumat verilməsi və "Şəhidlər ölməz...” mövzusunda materialların toplanması, "Vətən müharibəsi” mövzusunda 3D installyasiya və video-mappinq (müasir texnologiyalar vasitəsilə Vətən müharibəsinin gedişi tamaşaçılara 10-15 dəqiqəlik video-mappinq şəklində çatdırılması) və "Böyük qayıdış” hissəsi (işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, azərbaycanlıların öz doğma yurdlarına qayıtması prosesini əks etdirilməsi)”.

Bildirilib ki, hazırda Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin fondunun zənginləşdirilməsi məqsədilə lazımi materialların toplanılması işi davam etdirilir. // "Report"


OXŞAR XƏBƏRLƏR

Pablo Eskobarın pilotu ilk dəfə danışdı: “Əvvəlcə təklifi rədd etmişdim”

Kolumbiyalı narkobaron Pablo Escobarın keçmiş pilotu Tirso “TJ” Dominguez, 1988-ci ildə ABŞ-də həbs olunmasından sonra ilk dəfə danışaraq Escobar üç...

Köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 2 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə...

Türkiyə və Azərbaycanla əlaqələr daha da möhkəmlənir - Kobaxidze

Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli formatda inkişaf edir və daha da güclənir. Keçən il bu sıra çox mühüm işlər görülüb, bir yüksək səviyyəli va...

Vəzifəli şəxsin kürəkəni sükan arxasında vəfat etdi

Ucarda avtomobil idarə edən şəxs qəfil ürək tutmasından ölüb.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Müs...

Cənubi Koreyanın Prezidenti Donald Trampla qolf oynayacaq

Koreya Respublikasının Prezidenti Li Çje Myon və ABŞ-dən olan həmkarı Donald Tramp telefon danışığı zamanı qolf oynamağa razılaşıblar, həmçinin hər iki siyasətç...

ADY gücləndirilmiş rejimdə fəaliyyət göstərir

Azərbaycan Dəmir Yolları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.   Bu barədə Sfera.az-a “Azərbaycan Dəmir Yol...