“Dini etiqad azadlığı haqqında” qanun dəyişdi, fikirlər haçalandı – RAZILAR və NARAZILAR
13:51 / 07.05.2021
2891
Ötən gün Milli Məclisdə "Dini etiqad azadlığı haqqında” qanuna təklif
olunan dəyişikliklər qəbul edilib və buna əsasən, uşaqların dini etiqada məcbur
edilməsi qanunla qadağan edilib. Dəyişikliyə əsasən, uşaqların dini tərbiyəsi
onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir.
Lakin sosial şəbəkələrdə bu istiqamətdə fikirlər artıq haçalanıb. Bəzi şəxslər
uşaqların çox hallarda məcbur edildiklərini deyə bilməyəcəyini önə sürərək
qanunun daha da sərtləşməsinin, bəziləri isə əksinin tərəfdarıdır.
Maraqlıdır, qanun dəyişikliyi uşaqları dini radikalizmdən qoruyacaqmı?
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü,deputat Azər Badamov Sfera.az-a açıqlamasında dəyişiklik edilən qanunun başqa kənar təsirlərdən uşağın tərbiyəsini, əqidəsini
qorumağa xidmət edən qanun olduğunu bildirib:
"Hər bir vətəndaşın dini etiqad azadlığı Konstitusiyamızda təsbit olunub.
Kimisə məcbur etmək və onu dini radikalizmə yönəltməyə qanunla da icazə
verilmir və təbii ki, bu xoşagəlməz haldır. Artıq qanunda bu öz əksini tapıb, yəni
uşaq hansı istiqamətə meyllidirsə, o istiqamətə də inkişaf etməlidir. Bu,
dinimizi, cəmiyyəti, həm də uşaqları kənar, yad ünsürlərdən qoruyacaq qanun
layihəsi idi və Milli Məclisdə qəbul edildi”.
Millət vəkili vurğulayıb ki, cəmiyyət inkişaf etdikcə qanunlar da inkişaf
edir: "Məsələn, bir neçə il bundan əvvəl qəbul olunmuş Dini etiqad azadlığı
haqqında qanunda müvafiq dəyişikliklərin edilməsinə zərurət indi yarandı. Həmin
qanun bu gün köklü olaraq dəyişib. Yəni, dəyişikliklərin əhatə dairəsi daha
genişdir. Vaxt ötdükcə, cəmiyyət inkişaf etdikcə yeni tələblər ortaya çıxa bilər.
Əgər tələb olarsa, təbii ki, qanunun sərtləşdirilməsi mümkündür”.
Bu, yaxşı heç bir şey vəd etmir. Uşaqların xeyrinə olacaq bir addım
atılmalı idi. Təəssüflər olsun ki, bu, üzdə elə görünə bilər, amma istisna
deyil ki, uşaqların psixologiyasının pozulmasına yönəlik bəzi davranışlar
olacaq”.
Müsahibimiz bildirib ki, ümumiyyətlə beynəlxalq qayda-qanunlarda da
uşaqların 15 yaşına qədər valideynlərin yanında onların dini düşüncələri,
onları yerinə yetirməsi ilə bağlı icazə var və bununla bağlı heç bir qadağa
yoxdur: "Bundan başqa, məsələn, hər hansı bir uşaq məktəbə getmirsə, valideyn
onu göndərirsə, bu, valideynin uşağa qarşı zorakı hərəkət etməyini göstərirmi?
Ya da dərsini oxumayan uşaqla bağlı valideyn təkid edirsə, bu, zorakılıq
sayılır ya sayılmır? Buna görə də məsələyə təktərəfli deyil, hər tərəfli baxmaq
lazımdır. Bu, qanunla tənzimlənəcək bir şey deyil”.