Jurnalistlər Birliyinin sədrindən Operativ Qərargahın brifinqləri ilə bağlı AÇIQLAMA

Jurnalistlər Birliyinin sədrindən Operativ Qərargahın brifinqləri ilə bağlı AÇIQLAMA
Hazırda pandemiya dövrüdü və mütəmadi olaraq ölkədə bununla bağlı Operativ Qərargahın brifinqləri təşkil edilir. Lakin bu istiqamətdə jurnalistlərin, o cümlədən vətəndaşların narazılığı da az deyil. Yəni əksəriyyət düşünür ki, Qərargah jurnalisti sual verməkdən, insanları isə onları maraqlandıran cavabları almaqdan məhrum edir.

Maraqlıdır, Operativ Qərargah əslində KİV-lərlə necə işləməlidir?

Əvvəlcə, brifinqin nə olduğunu deyək. Brifinq - mətbuat nümayəndələrinin qısa yığıncağıdır. Burda xüsusi səlahiyyətli şəxs tərəfindən hökumətin, hər hansı partiyanın, təşkilatın və ya ayrıca siyasi xadimin müəyyən məsələ üzrə mövqeyi açıqlanır. Adətən, mətbuat konfransından fərqli olaraq, dəvət olunanların suallarına cavab verilmir. Bundan başqa, brifinq qapalı xarakter daşıyır, ona yalnız əvvəlcədən müəyyən edilmiş KİV nümayəndələri dəvət olunur.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı mövzu ilə bağlı Sfera.az-a açıqlamasında xatırladıb ki, brifinqlər mətbuat konfranslarından fərqlənir:

"Brifinqdə suallar cavablandırılmır. Operativ Qərargah isə brifinqdən istifadə edir. Təbii ki, mətbuat konfransının keçirilməsi, sualların verilməsi daha yaxşı olardı. Amma nəsə belə bir yol seçiblər. Hələ yaxşı ki, brifinq keçirirlər. Bunu etməyə də bilərdilər”.

E.Şıxlı qeyd edib ki, məsələ ilə bağlı jurnalistlər həmrəy olmalıdırlar:

"Ya gərək jurnalistlər Operativ Qərargahdan hansısa bir şəkildə tələb edələr, ya da bu tələblərə cavab verilməyəndə jurnalist həmrəyliyi göstərələr. Məsələn, onların heç biri brifinqə getməzdilər. Amma bu, mümkün deyil. Bizdə həmrəylik müşahidə edilmir”.

Qeyd edək ki, Operativ Qərargahın sonuncu brifinqi dünən təşkil edilmişdi.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

17 yaşlı oğlan kanalda batdı

Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb.    Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qarabağ kanalının rayonun ...

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...