“Ucuzluq” mağazaları əmək qanunvericiliyini yenidən pozub

“Ucuzluq” mağazaları əmək qanunvericiliyini yenidən pozub
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb edilməsi hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Sfera.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Xidmətin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsindən işçilərin əmək müqaviləsi olmadan muzdlu işlərə cəlb edilməsi ilə bağlı daxil olan məlumat əsasında paytaxtın Binəqədi və Xətai rayonlarındakı "Ucuzluq” mağazalarında, həmçinin Sabunçu rayonu ərazisində fəaliyyət göstərən bir sıra tikiş sexlərində operativ nəzarət tədbirləri həyata keçirilib.

Nəzarət tədbirləri zamanı Nəsirov İsax Göyüş oğluna məxsus Binəqədi rayonu ərazisində fəaliyyət göstərən "Ucuzluq” mağazasında 19 nəfər, İmanov Eldar Elman oğluna məxsus Xətai rayonu ərazisində fəaliyyət göstərən "Ucuzluq” mağazasında 15 nəfər, Sabunçu rayonu ərazisində fəaliyyət göstərən Əsgərova Gülbəniz Elman qızına məxsus tikiş sexində 9 nəfər və Qurbanova Gülay Zakir qızına məxsus tikiş sexində 3 nəfər olmaqla, ümumilikdə 46 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinə yetilməsinə cəlb edildiyi müəyyən edilib.

Əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulmasına yol vermiş şəxslər barəsində tərtib olunmuş materialların hüquqi araşdırılmaq üçün Vergi Cinayətlərinin İbtidai Araşdırlması Baş İdarəsinə göndərilməsi nəzərdə tutulub.

"İişçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qanunvericiliklə qadağandır. İşəgötürənlər işçiləri işə götürən zaman əmək müqaviləsi bağlamalı, işçilərin əmək və sosial hüquqlarını təmin etməlidirlər", - deyə Dövlət Vergi Xidməti bəyan edib.


OXŞAR XƏBƏRLƏR

Pablo Eskobarın pilotu ilk dəfə danışdı: “Əvvəlcə təklifi rədd etmişdim”

Kolumbiyalı narkobaron Pablo Escobarın keçmiş pilotu Tirso “TJ” Dominguez, 1988-ci ildə ABŞ-də həbs olunmasından sonra ilk dəfə danışaraq Escobar üç...

Köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 2 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə...

Türkiyə və Azərbaycanla əlaqələr daha da möhkəmlənir - Kobaxidze

Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli formatda inkişaf edir və daha da güclənir. Keçən il bu sıra çox mühüm işlər görülüb, bir yüksək səviyyəli va...

Vəzifəli şəxsin kürəkəni sükan arxasında vəfat etdi

Ucarda avtomobil idarə edən şəxs qəfil ürək tutmasından ölüb.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Müs...

Cənubi Koreyanın Prezidenti Donald Trampla qolf oynayacaq

Koreya Respublikasının Prezidenti Li Çje Myon və ABŞ-dən olan həmkarı Donald Tramp telefon danışığı zamanı qolf oynamağa razılaşıblar, həmçinin hər iki siyasətç...

ADY gücləndirilmiş rejimdə fəaliyyət göstərir

Azərbaycan Dəmir Yolları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.   Bu barədə Sfera.az-a “Azərbaycan Dəmir Yol...