Çinin raketi Türkiyə üçün təhlükə yaratdı - Bu tarixdə İstanbula düşə bilər

11:13 / 07.05.2021
2125
Çinin 21 tonluq raketi Türkiyə üçün də təhlükə yaradıb.
Sfera.az bildirir ki, astronom Conatan Mikdovelin sözlərinə görə, raket İstanbul şəhərinə də düşə və bir çox insanın həyatı üçün təhlükə yarada bilər.
Bununla bağlı Ağ Evdən də açıqlama gecikməyib. Qeyd edilib ki, raket qəzası şənbə günü səhər saatlarında reallaşa bilər.
ABŞ-ın "Aerospace Corp” adlı kosmik tədqiqatlar mərkəzi raketin Ekvador yaxınlığında Sakit okeana düşə biləcəyini deyib. Bu trayektoriya Yeni Zelandiyadan Kanadanın Nyufaundlend bölgəsinə qədər geniş bir ərazini əhatə edir.
Conatan Mikdovel isə raketin parçalarının şimal və cənub yarımkürələrdə 41-ci enliklər arasında düşə biləcəyini söyləyib. Onun sözlərinə görə, raket çox sayda insanın həyatı üçün təhlükəli ola bilər. "Keçən il kosmosa atılan "Long March-5B" raketinin böyük metal parçaları Fildişi Sahilindəki bir çox bölgəyə ziyan vurdu", - deyə o bildirib.
Qeyd edək ki, ötən günlərdə Çinin kosmosa göndərdiyi raketin nəzarətdən çıxdığı açıqlanmışdı. Nyu-York, Madrid, Pekin kimi böyük şəhərlərin təhlükə altında olduğu bildirilmişdi.
Günay
Sfera.az