Çavuşoğludan Misir görüşləri ilə bağlı - AÇIQLAMA

Dünya
00:24 / 07.05.2021
3017
Ankara-Qahirə əməkdaşlığından Misir də mənfəət əldə edəcək.
Sfera.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"İki günlük danışıqlar hər iki tərəfdə dəyərləndiriləcək. Dostlarımız qayıtdıqdan sonra yenə müzakirələr olacaq. Əlbəttə ki, qarşıdakı günlərdə də əlaqələri normallaşdırmaq üçün atıla biləcək addımlarla bağlı danışıqlar davam edəcək”, - deyə XİN rəhbəri bildirib.
Qeyd edək ki, Türkiyə XİN rəhbərinin müavini Sədat Önalın təmsil etdiyi nümayəndə heyəti Qahirədə münasibətlərin normallaşması istiqamətində rəsmi danışıqlar aparıb.