Plastik qabdakı “bomba”: Vətəndaş benzini həyətində satır - VİDEO

Plastik qabdakı “bomba”: Vətəndaş benzini həyətində satır - VİDEO
Nardaran qəsəbəsində marketlərin qarşısına müxtəlif tutumlu benzin çəlləkləri düzülüb və açıq-aşkar satış həyata keçirilir. Nə təhlükəsizlik, nə də ki, benzin satışını müəyyən edən standartlar var.

Sfera.az xəbər verir ki, vətəndaşlar Baku TV-yə bildirib ki, Nardaran ərazisində yanacaqdoldurma məntəqəsi demək olar ki, yoxdur.

Sabunçu Rayon İcra Hakimiyyəti də mövcud vəziyyətdən demək olar ki, bixəbərdir. Halbuki, qurumun tabeliyində olan ərazilərdə icazəsiz daşı-daş üstə belə qoymaq mümkünsüzdür. 

Bir sözlə qurumlar xəbəri eşidib, yaxasını kənara çəkmək üçün ötür-ötür oyununu oynadılar. Elə Energetika Nazirliyi də hadisədən xəbərsiz olduğunu bildirdi. Əslində qaydalara görə, benzin mütəmadi olaraq təmizlənən xüsusi çənlərdə saxlanılmalıdır. İstər onun saxlanılma şəraiti, istərsə də satışı zamanı xüsusi nəzarət həyata keçirilməlidir. Ancaq məsələ ondadır ki, plastik qablarda satılan benzinə tələb olduğundan, həmin proses də belə demək mümkünsə, "çiçəklənir”. Bu tendensiyaya qarşı adminstrativ yolla mübarizə aparılmalıdır. 

Məsələn, vergi xidməti plastik qablarda benzin satanları vergiyə cəlb etməklə onları kassa çeki vermədikləri üçün həmin prosesdən uzaqlaşdıra bilər.

Ətraflı süjeti təqdim edirik:


OXŞAR XƏBƏRLƏR

Hackerlər “ChatGPT” ilə ABŞ siyasətinə müdaxilə edir – AÇIQLAMA

“OpenAI”, Çinlə əlaqəli haker qruplarının “ChatGPT”ni ABŞ siyasətinə təsir göstərmək məqsədilə istifadə etdiyini bildirib. Sfera.az...

Pablo Eskobarın pilotu ilk dəfə danışdı: “Əvvəlcə təklifi rədd etmişdim”

Kolumbiyalı narkobaron Pablo Escobarın keçmiş pilotu Tirso “TJ” Dominguez, 1988-ci ildə ABŞ-də həbs olunmasından sonra ilk dəfə danışaraq Escobar üç...

Köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 2 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə...

Türkiyə və Azərbaycanla əlaqələr daha da möhkəmlənir - Kobaxidze

Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli formatda inkişaf edir və daha da güclənir. Keçən il bu sıra çox mühüm işlər görülüb, bir yüksək səviyyəli va...

Vəzifəli şəxsin kürəkəni sükan arxasında vəfat etdi

Ucarda avtomobil idarə edən şəxs qəfil ürək tutmasından ölüb.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Müs...

Cənubi Koreyanın Prezidenti Donald Trampla qolf oynayacaq

Koreya Respublikasının Prezidenti Li Çje Myon və ABŞ-dən olan həmkarı Donald Tramp telefon danışığı zamanı qolf oynamağa razılaşıblar, həmçinin hər iki siyasətç...