“Aztelekom” rəsmisi işdən çıxarıldı

Cəmiyyət
18:55 / 06.05.2021
2308
"Aztelekom" İstehsalat Birliyi Ucar Telekommunikasiya Qovşağının rəisi Zamir İsrafilov tutduğu vəzifədən azad edilib.
Sfera.az xəbər verir ki, bu barədə "Aztelekom”un baş direktoru Samir Məmmədov əmr imzalayıb.
Məlumatda deyilir ki, Z.İsrafilovun işdən azad edilməsinə səbəb onun vəzifəsinin öhdəsindən gələ bilməməsidir.
Hələlik onun yerinə təyinat yoxdur.