Azərbaycanda bir şagirdi olan iki məktəb var

Azərbaycanda bir şagirdi olan iki məktəb var
Azərbaycanda ən az şagird sayı olan məktəblər açıqlanıb.

Sfera.az xəbər verir ki, Təhsil Nazirliyindən bildirilib ki, təhsil müəssisələrində şagird sıxlığı əhalinin məskunlaşma faizinə düz mütənasib olaraq dəyişir:"Belə olan halda sorğunuza cavab olaraq bildiririk ki, respublikada ən az şagirdi olan 2 məktəb var. Onlar Lerik rayon Təndül kənd və Şabran rayon Leyti kənd ibtidai məktəbləridir. Adıçəkilən təhsil müəssisələrində 1 nəfər təhsil alan qeydə alınıb".
 
(APA)

OXŞAR XƏBƏRLƏR