Rusiyanın yeni silahı: Böyük Britaniya böyüklüyündə bölgəni məhv etmək gücündədir

Rusiyanın yeni silahı: Böyük Britaniya böyüklüyündə bölgəni məhv etmək gücündədir
Rusiyanın bu il sınaqdan keçirməyi planlaşdırdığı yeni qitələrarası "RS-28 Sarmat” raketi Böyük Britaniya və ABŞ-ın Texas ştatı böyüklüyündə bölgəni məhv etmək gücündədir.

Sfera.az xəbər verir ki, bu haqda Böyük Britaniyanın məşhur "Daily Mail” qəzeti yazıb.

Qəzetin Vill Stevart adlı yazarının məqaləsinə görə Rusiya "Soyuq müharibə” dövründən etibarən qərblə münasibətlərinin ən gərgin çağında yeni hipersəsli silah sınaqlarına hazırlaşır.

Məqalədə yeni hipersəsli silahın ABŞ-ın raket hücumundan müdafiə sistemini yarmaq gücündə olduğu, Texas və ya Böyük Britaniya ərazisinin həcmində olan ərazini məhv edə biləcəyi qeyd olunub.

Qərbdə "Satan-2” (Şeytan-2) adlandırılan "RS-28” ağır termonüvə döyüş başlıqlı qitələrarası ballistik raketin hazırda dünyanın ən güclü qitələrarası ballistik raketi hesab olunan "RS-20 Voyevoda” raketini əvəz edəcəyi ehtimal olunur.

Bundan əvvəl isə Rusiyanın "3 Sarmat” adlı raket sınağını planlaşdırdığı bildirilirdi.

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...