İstismar müddəti bitmiş binalarla bağlı təklif – “Xüsusi lövhələr vurulsun...”

İstismar müddəti bitmiş binalarla bağlı təklif – “Xüsusi lövhələr vurulsun...”
Ötən gün Bakıda binanın fasadından qopan daşın üzərinə düşməsi nəticəsində 14 yaşlı Əli Şabanov xəstəxanada vəfat edib.

Bu hadisədən sonra əksəriyyət istər-istəməz binaların, xüsusilə köhnə tikililərin yanından keçərkən ehtiyatlı olmağa çalışır.

Maraqlıdır, bu istiqamətdə hansı təhlükəsizlik tədbirləri görülməlidir?
 
Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Sfera.az-a açıqlamasında deyib ki,  Bakıda 10 mindən çox çoxmənzilli yaşayış binaları mövcuddur və hərəsinin öz istismar müddəti var:

"Binaların istismar müddəti onların yerləşdiyi ərazinin iqlimindən, geoloji vəziyyətindən, torpağın qum, gil, çınqıl və s. olmasından, binanın layihəsindən və tikinti zamanı istifadə olunan tikinti materialların növündən və keyfiyyətindən aslıdır. Daha sonra isə müəyyən edilmiş vaxtlarda texniki xidmətlər, cari və əsaslı təmirlər üçün vaxtlar nəzərdə tutulur. Bu vaxtlar binanın mövcud vəziyyətinə, qəzalı və təhlükə riskli olmasına görə də dəyişə bilər.
 
Bu amillər nəzərə alınaraq binalara istismar müddəti təyin edilir. Binalara vaxtında texniki qulluq göstərilməsə, dam örtüyünün vaxtında dəyişilməməsi, binanın fasadının boyasını və üzlüyünün aşınmaya məruz qalması, su və kanalizasiya sistemlərinin, istilik sistemlərinin istismar müddətini başa vurduqda dəyişilməməsi, binaya kənar müdaxilələrin yəni, layihə konstruksiyasında dəyişikliyin edilməsi ilə eyvan, məhəccərdə, otaqların arasını açmaq və s. kimi amillərə yol verilməsi ilə binanın vaxtından tez istismar müddətini başa vurmasına gətirib çıxardır. Ona görə bu məsələrələ daha həsas yanaşmaq lazımdır”.

Müsahibimizin sözlərinə görə, çoxmənzilli binalarda 10-larla, 100-lərlə ailə yaşadığını nəzərə almaq lazımdır: "Hər hansı qəza, bədbəxt hadisə çox sayda insanların həyatı üçün təhlükəli ola bilər. Əgər bina qəzalı vəziyyətdirsə, insanların həyat və sağlamlığı üçün təhlükə yarada biləcək durumdadırsa və hələ ki sökülməsi uzanırsa, heç olmasa ən azından həmin yerə xəbərdarlıq üçün lövhələr vurula, təhlükəli ərazidən keçidlər məhdudlaşdırıla, həmçinin insanların hərəkət etdiyi yer boyunca qoruyucu keçid quraşdırıla bilər. Belə halda yuxardan aşağı hər hansı metal konstruksiya, daş və digər bərk material aşağı düşərsə, həmin keçidin üstünə düşsün, insanlara xəsarət yetirməsin”.

Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Pablo Eskobarın pilotu ilk dəfə danışdı: “Əvvəlcə təklifi rədd etmişdim”

Kolumbiyalı narkobaron Pablo Escobarın keçmiş pilotu Tirso “TJ” Dominguez, 1988-ci ildə ABŞ-də həbs olunmasından sonra ilk dəfə danışaraq Escobar üç...

Köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 2 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə...

Türkiyə və Azərbaycanla əlaqələr daha da möhkəmlənir - Kobaxidze

Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli formatda inkişaf edir və daha da güclənir. Keçən il bu sıra çox mühüm işlər görülüb, bir yüksək səviyyəli va...

Vəzifəli şəxsin kürəkəni sükan arxasında vəfat etdi

Ucarda avtomobil idarə edən şəxs qəfil ürək tutmasından ölüb.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Müs...

Cənubi Koreyanın Prezidenti Donald Trampla qolf oynayacaq

Koreya Respublikasının Prezidenti Li Çje Myon və ABŞ-dən olan həmkarı Donald Tramp telefon danışığı zamanı qolf oynamağa razılaşıblar, həmçinin hər iki siyasətç...

ADY gücləndirilmiş rejimdə fəaliyyət göstərir

Azərbaycan Dəmir Yolları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.   Bu barədə Sfera.az-a “Azərbaycan Dəmir Yol...