İsmayıllıda xalça fabriklərində “Açıq qapı” günü keçirildi - FOTOLAR

15:00 / 06.05.2021
2126
İsmayıllı
rayonunda bu məqsədlə rayonun xalça fabriklərində 5 may "Açıq qapı” günü təşkil
olunub. Pandemiya qaydalarına uyğun təşkil olunan tədbirdə ziyarətçilərə Azərbaycan
xalçası haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bir ilmədən başlayaraq
ortaya çıxan bu möhtəşəm sənət əsərləri Azərbaycanda qədim dövrlərdən istehsal
olunub.
2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına
daxil olan Azərbyacan xalçalarının içərisində şirvan xalçalarının özünəməxsus
yeri var. Dövlətin daim diqqətində olan bu qədim sənəti yaşatmaq üçün Prezidentin müvafiq sərəncamları
ilə İsmayıllı şəhərində "Azərxalça -1” və "Azərxalça -2” fabrikləri tikilib
istifadəyə verilib. Bunlardan əlavə bu
gün İsmayıllı rayonunda özəl xalça sexləri də fəaliyyət göstərir. Həmçinin qeyd
edək ki, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində bu sənəti yaşatmaq üçün
xalçaçı ixtisası tədris olunur. Xalça
fabriklərində "Açıq qapı”nın keçirilməsində əsas məqsəd tariximizi, adət-ənənəlırimizi, tarixdən bizlərə miras qalan və bu gündə
aktual olan sənət növlərini gənc nəsillərə aşılamaq, sevdirmək və gələcəyə ötürməkdir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 may 2016-cı il tarixli sərəncamı ilə "Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin əsas vəzifəsi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir. "Azərxalça”nın yaradıldığı gün – 5 may Xalçaçıların Peşə Bayramı Günü kimi qeyd olunur.