Vətən Müharibəsi qəhrəmanlarının büstləri qoyulacaq

Cəmiyyət
14:21 / 06.05.2021
2521
Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsinin formalarına dəyişiklik edilir.
Sfera.az-ın məlumatına görə, bu, "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının büstləri qoyulacaq.
Eyni zamanda, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının adları küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək.