Azərbaycanda bu yüksək vəzifələrə təyinat olmayıb - SİYAHI

Azərbaycanda bu yüksək vəzifələrə təyinat olmayıb -  SİYAHI
Azərbaycanda bir sıra yüksək vəzifələr var ki, onlar bu və ya digər səbəbdən boşdur.

Sfera.az Unikal.org-a istinadən xəbər verir ki, ölkədə boş qalan yüksək vəzifələrlə bağlı kiçik araşdırma aparıb.

Boş olan yüksək dövlət vəzifələrindən biri Gənclər və İdman naziri vəzifəsidir.  On beş il nazir olan Azad Rəhimov vəfat etdiyindən həmin kürsü boş qalıb və hələlik təyinat olmayıb.

Ölkədə səhiyyə naziri postu da boşdur. Prezident İlham Əliyevin sərəncamı ilə aprelin 23-də bu nazirliyə 16 il rəhbərlik edən  Oqtay Şirəliyev tutduğu vəzifədən azad edilib.  Yeni nazir təyinatı olmasa da, səlahiyyətlərin müvəqqəti icrası birinci müavin Teymur Musayevə tapşırılıb.

Artıq 3 aydan yuxarıdır ki, "Azərkosmos” ASC-nin sədri vəzifəsi də öz sahibini gözləyir. Bu ilin yanvarın 26-da "Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev tutduğu vəzifədən azad edilərək Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar naziri təyin olunub.

Daha bir yüksək vəzifə isə "Azərsu” ASC-də boşdur. Belə ki, mayın 4-də  "Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynov Prezident İlham Əliyevin sərəncamı ilə işdən azad edilib. Bu vəzifəyə isə yeni təyinat olmayıb.

Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunan Nizami, Lerik, Kürdəmir, Cəlilabad və Şəmkir rayon icra hakimiyyətləri başçılarının yerinə təyinat yoxdur. 


OXŞAR XƏBƏRLƏR

Pablo Eskobarın pilotu ilk dəfə danışdı: “Əvvəlcə təklifi rədd etmişdim”

Kolumbiyalı narkobaron Pablo Escobarın keçmiş pilotu Tirso “TJ” Dominguez, 1988-ci ildə ABŞ-də həbs olunmasından sonra ilk dəfə danışaraq Escobar üç...

Köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 2 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə...

Türkiyə və Azərbaycanla əlaqələr daha da möhkəmlənir - Kobaxidze

Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli formatda inkişaf edir və daha da güclənir. Keçən il bu sıra çox mühüm işlər görülüb, bir yüksək səviyyəli va...

Vəzifəli şəxsin kürəkəni sükan arxasında vəfat etdi

Ucarda avtomobil idarə edən şəxs qəfil ürək tutmasından ölüb.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Müs...

Cənubi Koreyanın Prezidenti Donald Trampla qolf oynayacaq

Koreya Respublikasının Prezidenti Li Çje Myon və ABŞ-dən olan həmkarı Donald Tramp telefon danışığı zamanı qolf oynamağa razılaşıblar, həmçinin hər iki siyasətç...

ADY gücləndirilmiş rejimdə fəaliyyət göstərir

Azərbaycan Dəmir Yolları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.   Bu barədə Sfera.az-a “Azərbaycan Dəmir Yol...